İyunun 11-də Monteneqroda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu haqda cümə günü mətbuat konfransında respublika prezidenti Milo Cukanoviç bildirib.
“Mən seçkiləri iyunun 11-nə təyin etmək qərarına gəldim”, – Cukanoviç qeyd edib.
Martın 16-da o, Monteneqroda prezident seçkilərinə üç gün qalmış parlamenti buraxıb. Respublikanın konstitusiyasına əsasən, yeni seçkilər parlament buraxıldığı andan etibarən 60 gündən tez, 100 gündən gec olmayaraq keçirilməlidir.
Azinformasiya.az