Slovakiya Ukraynaya MiQ-29 qırıcıları göndərir

Slovakiya Ukraynaya MiQ-29 qırıcıları göndərir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Eduard Heger “Twitter” hesabında bildirib.

“Slovakiya hökuməti Ukraynaya 13 MiQ-29 göndərməyi təsdiqlədi! Verilən sözlərə əməl edilməlidir və Ukrayna Prezidenti Zelenski qırıcı təyyarələr də daxil olmaqla daha çox silah istəyəndə mən ona söyləmişdim ki, əlimizdən gələni edəcəyik. Digərlərinin də eyni şeyi etməsinə şadam. Hərbi yardım vacibdir, bu, Ukraynanın özünü və bütün Avropanı Rusiyadan müdafiə edə bilməsini təmin edir”, – Eduard Heger qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir