Finlandiya Prezidenti Kahramanmaraşa səfər edib

Finlandiya Prezidenti Sauli Niinistö Türkiyənin güclü zəlzələdən əziyyət çəkmiş bölgəsinə səfər edib.

Azinformasiya.az xəbər verir ki, bu haqda Finlandiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün mən Türkiyənin cənub-şərqində Kahramanmaraşda oldum. Zəlzələlərin yaratdığı dağıntıların ortasında xilasedicilər və yardım işçiləri olduqca mühüm işlər görürlər. Finlandiya zərər çəkənlərə kömək etmək üçün humanitar və ekspert yardımı göstərməkdə davam edir”,- Prezident Niinistö bildirib.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir