Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan KTMT Baş katibi İmanqali Tasmaqambetovla görüşüb.
Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Papikyan Ermənistanın gözləntilərini təqdim edib.
Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini, habelə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Azinformasiya.az