Abşeronda yük maşınında yanğın baş verib

Abşeron rayonunda yük maşınında yanğın baş verib.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib. Belə ki, yük maşınının qoşqusunun 3 ədəd təkəri və üzlük hissəsi qismən yanıb. Qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə dəstələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir