Kolumbiyanın mərkəzində yerləşən Sutataus əyalətindəki kömür mədənlərindən birində yeraltı şaxtalarda baş verən silsilə partlayışlar 11 nəfərin ölümünə səbəb olub.
Azinformasiya.az xəbər verir ki, bu haqda Kundinamarka departamentinin (vilayətinin) qubernatoru Nikolas Qarsiya Bustos “Twitter“də paylaşım edib.
Partlayışlar zamanı mədənlərdə 30-dan çox şaxtaçı olduğu, hazırda tunellərdə 17 nəfərin blokadada qaldığı bildirilib.
Hadisə yerinə müvafiq qurumlar cəlb olunub və axtarış-xilasetmə işləri həyata keçirilir.
Azinformasiya.az