Qırğızıstan Prezidenti TDT sammitində iştirak edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək növbədənkənar Zirvə toplantısında iştirak edəcək.

Azinformasiya.az xəbər verir ki, bu haqda Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.

Sultanbayev Ankara şəhərində 15-16 mart tarixlərində baş tutacaq görüşdə TDT-yə daxil olan ölkələrin liderləri tərəfindən təbii fəlakətlərlə mübarizədə fəaliyyətlərin əlaqələndirilməsi və bu cür vəziyyətlərdə humanitar yardımın göstərilməsi məsələlərinin müzakirə olunacağını bildirib.

Qeyd edək ki, TDT 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) kimi təsis olunub və 2021-ci ilin noyabrında İstanbulda keçirilən sammitdə adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub.

Təşkilata üzv ölkələr – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir