Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm haradasa 12 milyard kubmetrə çatacaq.
Azinformasiya.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olat Şolts ilə mətbuata bəyanatında söyləyib.
Bu rəqəmin Azərbaycanın ümumi qaz ixracatının yarısı olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik”.
Azinformasiya.az