Yaponiya və Britaniya XİN başçıları arasında telefon danışığı baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu haqda Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Yoşimasa Hayaşi və Britaniya XİN rəhbəri Ceyms Kleverli telefon danışıqları zamanı Hind-Sakit okean regionunda ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Y. Hayaşi Londonun bu məsələdə iştirakını alqışlayaraq, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədilə Britaniya hakimiyyət orqanları ilə əlaqələri gücləndirmək istədiyini vurğulayıb.
Azinformasiya.az