Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail səfiri ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, Türkiyə XİN rəhbəri bu barədə Tvitterdə paylaşım edib.
O, İsrail səfiri ilə yanaşı, Niderland səfiri və Dünya Bankının Türkiyə üzrə direktoru ilə görüşdüyünü qeyd edib.
Çavuşoğlu zəlzələ zamanı dəstək və həmrəylikləri üçün sözügedən ölkələr və təşkilata minnətdarlığını bildirib.
Azinformasiya.az