Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Prezidenti Vladimir Zelenskinin Tbilisidəki etirazları dəstəkləməsi ilə əlaqədar Gürcüstan rəhbərliyi tərəfindən verilən bəyanatları rədd edib.
Azinformasiya.az xəbər verir ki, bu haqda nazirliyin sözçüsü Oleq Nikolenko bildirib.
Nikolenko Gürcüstan hakimiyyətinin nümayəndələrinin Ukraynanı Gürcüstanda dövlət çevrilişi hazırlamaqda, onu Rusiya ilə müharibəyə sürükləməkdə, vətəndaş müharibəsini qızışdırmaq üçün Gürcüstana qüvvələr göndərməkdə ittiham etdiklərini söyləyib: “Biz reallıqdan kənar olan bu cür iddiaları qəti şəkildə rədd edirik”.
XİN sözçüsü Gürcüstan hakimiyyətinin adını çəkmədən Ukrayna xalqının gürcü xalqının hər zaman dostu olduğunu bildirib.
Azinformasiya.az