Keniyada matç zamanı stadiona ildırım düşməsi nəticəsində iki futbolçu həyatını itirib

Keniyanın qərbindəki Kissi vilayətində keçirilmiş futbol matçı zamanı stadiona ildırım düşməsi nəticəsində iki futbolçu həyatını itirib.

Azinformasiya.az xəbər verir ki, bu haqda “Citizen TV Kenya” məlumat yayıb.

Hadisənin “Manyansi” və “Gianchore” futbol klubları arasındakı qarşılaşma zamanı baş verməsi qeyd olunub. İldırım vurması nəticəsində, həmçinin iki futbolçu xəsarət alıb və Nyamira xəstəxanasına yerləşdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir