Ukrayna raket atəşinə tutulub, ölən və yaralananlar var

Ukraynanın Nikolayev vilayətinin Rusiya Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb.

Azinformasiya.az xəbər verir ki, bu haqda vilayətin hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Məlumatda səhər saatlarında Kutsurub yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 1978 və 1980-ci il təvəllüdlü kişi və qadının həlak olduğu qeyd olunub.

Sözügedən məlumatda, eyni zamanda 7 yaşlı uşağın təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı və bundan başqa 2 nəfərin yaralandığı bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir