Martın 1-nə keçən gecə Larisa şəhəri yaxınlığında 57 nəfərin ölümü və onlarla insan yaralanması ilə nəticələnən sərnişin qatarının qəzaya uğraması ilə əlaqədar bazar günü mərkəzi Afina Sintaqma (Konstitusiya) meydanında Yunanıstan parlamentinin yaxınlığında minlərlə adamın iştirakı ilə mitinq keçirilir.
Azinformasiya.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindən müxbiri məlumat verib.
Aksiyanın təşkilatçıları dövlət və özəl sektorun həmkarlar ittifaqları, tələbə və tələbələrin təşkilatları, müxtəlif ictimai birliklər, Yunanıstan Kommunist Partiyası olub.
Onlar şəhər sakinlərini səlahiyyətlilərin və dəmir yolu şirkətinin səhlənkarlığına hiddətini ifadə etmək üçün Yunanıstan parlamenti yaxınlığında kütləvi mitinqə gəlməyə çağırıblar. Aksiyaçılar parlamentİ, bu faciənin qarşısını ala biləcək səlahiyyətliləri və dəmir yolu şirkətini səhlənkarlığından hiddətləndiyini ifadə ediblər.
Bütün Sintaqma meydanı və ətraf küçələr şüarlar səsləndirən və günahkarların cəzalandırılmasını tələb edən insanlarla doludur. Bəzilərinin əlində Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və hökumətin digər üzvlərinin qırmızı rənglə üstündən xətt çəkilmiş fotoşəkilləri var.
Azinformasiya.az