İran “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş liderini ölüm cəzasına məhkum edib

İran Ali Məhkəməsi “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Çaabın edam hökmünü qüvvədə saxlayıb.

Azinformasiya.az xəbər verir ki, bu barədə bazar günü Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, son proses təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında başlanıb.

Məhkəmə keçmiş liderin işinə baxıb və proses nəticəsində Çaabın edam hökmünün qüvvədə qalması və yekun elan edilməsi barədə qərar çıxarıb. Məhkum separatçı qruplaşmaya rəhbərlik etməkdə, həmçinin Xuzistan əyalətində (İslam Respublikasının cənub-qərbində) “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunur.

Məlumatda qeyd edilir ki, Çaabın rəhbərlik etdiyi “Əhvazın Azadlığı üçün Ərəb Hərəkatı” 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində hərbi parada hücum da daxil olmaqla, bir sıra terror aktları həyata keçirib. Agentliyin qeyd etdiyi kimi, bu hadisələrdə 25 vətəndaş, o cümlədən biri uşaq həlak olub, daha 269 nəfər yaralanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir