Sumqayıtda iki avtomobilin toqquşması nəticəsində 70 yaşlı qadın xəsarət alıb

Sumqayıtda iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb.

Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində “Hyundai Accent” və “Changan” markalı avtomobillərin toqquşması nəticəsində 1953-cü il təvəllüdlü Rəfiqə Allahverdiyeva xəsarət alıb.

Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Leyla Kamil

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir