Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.
Bu barədə Azinformasiya.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.
Onlar xəstəxanaya çatdırılıb.
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.
Azinformasiya.Az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”.
Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Bu barədə “Report”a TƏBİB-dən bildirilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.