İslam İnkişaf Bankı (IsDB) Qrupunun prezidenti Məhəmməd Əl-Cəsser fevralın 25-də Azərbaycana səfər edəcək.
Azinformasiya.Az xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Səfərin məqsədi IsDB ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin potensial əməkdaşlıq sahələrinin genişləndirilməsidir.
İslam İnkişaf Bankının rəhbəri Azərbaycan rəsmiləri, eləcə də tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi məqsədilə ölkənin iri şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.
Məhəmməd Əl-Cəsser, həmçinin Azərbaycanda IsDB tərəfindən maliyyələşdirilən bəzi layihələrin icrası ilə tanış olacaq.
Səfər martın 3-də başa çatacaq.