Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Hatayda dağıntılar altında qalıb.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi və İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Yohan Forssel ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Çox sayda ölkə bizə yardım edir. 102 ölkə isə axtarış-xilasetmə tədbirləri iə bağlı təklif edib”, – nazir əlavə edib.
XİN başçısı bildirib ki, 11 mindən çox axtarış-xilasetmə mütəxəssisi Türkiyəyə gəlib:
“Həmçinin, dünyanın hər yerindən yardımlar gəlir. Ən çox lazım olan avadanlıqlardan biri çadırdır ki, xaricdən ölkəmizə 90 mindən çox çadır gəlib”.
Hatayda baş verən zəlzələ zamanı XİN-in bir əməkdaşının dağıntıların altında qaldığını deyən M.Çavuşoğlu qeyd edib ki, ondan hələ də xəbər yoxdur.