Azərbaycanın xilasediciləri: “Bu gün dağıntılar altından 3 saat ərzində 2 meyit çıxardıq”

“Bu gün dağıntılar altından 3 saat ərzində 2 meyit çıxardıq”.

Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin zabiti İldırım Quliyev deyib.

“Hazırda 3 sistemli növbəli şəkildə axtarış-xilasetmə işləri aparırıq. Dağıntılar altında insanların olduğu deyilir və axtarış-xilasetmə əməliyyatlarımızı davam etdiririk”, – zabit vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir