Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.
XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Report”un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.
Qeyd edək ki, F. Qurbanov indiyədək bir sıra ölkələrdə səfir vəzifəsində çalışıb O, dövlət başçısının ötən il imzaladığı sərəncamı ilə Azərbaycanın Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.