Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli sazişlərin icrasının vacibliyini vurğulayıblar, həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin parametrlərini müzakirə ediblər.
Söhbət zamanı həmçinin nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının vacibliyi ifadə olunub.