“İndiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların və onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququ var”.
Azinformasiya.Az-ın xəbərinə görə, bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında bildirilib.
“Bu hüququn ləyaqətli və təhlükəsiz şəkildə reallaşmasına şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin olunmalıdır”, – sənəddə vurğulanıb.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının 26 yanvar 2023-cü ildə keçirilmiş iclasında “Qayıdış Konsepsiyası”nın layihəsinə baxılıb. Sənəd layihəsi səsə qoyularaq təsdiq edilib.