Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.
Azinformasiya.Az xəbər veirr ki, Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib.
Bildirilib ki, Şəmkir, Gəncə, Sumqayıt, Mingeçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.
Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Səhiyyə Nazirliyinin aldığı vaksinlər Niderland istehsalıdır.
Xatırladaq ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regionunda influenza epidemiyası elan olunub.