“Qara Yanvar hadisələrinin xatirəsinə həsr olunmuş gündə Bakıya üçüncü səfərimi yekunlaşdırdım”.
Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.
O Azərbaycan XİN başçısı Ceyhun Bayramovla hansı məsələləri müzakirə etdiyini açıqlayıb: “Biz qarşılıqlı əməkdaşlıq, Laçın yolundakı vəziyyət, o cümlədən humanitar məsələlər və regional sabitlik barədə danışdıq”.
Qeyd edək ki, X. Kolomina ölkəmizdə səfərdə idi.