Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində yaralıların sayı 7-yə çatıb.
Azinformasiya.Az“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yaralıların 6-sı əsgər, biri isə zabitdir.
Yaralılar hospitala yerləşdirilib.
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğın söndürülüb.
Azinformasiya.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətindən bildirilib.
Yanğının söndürülməsi 5 saat çəkib.
Ermənistanın İctimai Televiziyası hadisənin baş verdiyi hərbi hissənin daxil olduğu 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan işdən çıxarılacağı barədə məlumat yayıb.
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 3 nəfərin vəziyyəti ağırdır.
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində yanğın başlayıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ölənlər və yaralananlar var.
Hadisənin səbəbi müəyyənləşdirilir.