Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.
Azinformasiya.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib.
Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb.
O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.
DİN-in Mətbuat Xidməti idarə səlahiyyətlidir. Nazirliyin müvafiq idarəsi dövlət qurumları arasında ən operativ Mətbuat xidmətlərindən sayılır.