Türkiyənin milli döyüş təyyarələrinin ilk uçuşu 2023-cü ilin sonunda baş tutacaq.
Azinformasiya.Az “A Haber”ə istinadən xəbər verir ki, bu barədə Türk Aerokosmik Sənayesindən bildirilib.
Qeyd olunub ki, buna səbəb təyyarələrin planlaşdırıldığından daha tez vaxtda hazır olmasıdır.
Xatırladaq ki, daha əvvəl həmin təyyarələrin ilk uçuşunun 2025-ci il üçün nəzərdə tutulduğu bildirilmişdi.