Hazırda Azərbaycanda donuz qripi aşkar edilməyib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, son zamanlar dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla qonşu olan Rusiya və Ermənistanda donuz qripi geniş yayılıb.