Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.
Azinformasiya.Az xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.