Türkiyədə qeyri-qanuni yaşayan 354 Azərbaycan vətəndaşına pasportlar təqdim edilib.
Bu barədə Azinformasiya.Az-a Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.
Bildirilib ki, Azərbaycan Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyəyə mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülüb.
Məsələ üzrə aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.
İşçi qrupun əldə etdiyi statistik məlumatlara əsasən 2 075 şəxs müəyyən edilib, onlardan 1 265 nəfərin pasport rəsmiləşdirilməsi, 159 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldilib, 13 nəfər şəxsdən bioloji valideynlik analizi götürülüb, eləcə də 107 digər konsulluq əməliyyatı həyata keçirilərək, 531 şəxsin müraciətləri üzrə müvafiq maarifləndirmə işi aparılıb.
Pasportların vətəndaşlarımıza təqdim edilmək üçün İstanbuldakı Baş Konsulluğa göndərilib.
Müvafiq layihənin 2023-cü ildə davam etdirilməsi nəzərdə tutulub.