“Biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
“Düşünürəm ki, səmərəli müzakirələr aparacağıq. Dövlətlərimiz arasında münasibətlərin qurulmasının yubiley ilinə yekun vurmaq və 2023-cü ilin əvvəli ilə bağlı məsələləri müzakirə etmək imkanımız olacaq”, – nazir bildirib.
C.Bayramov bu görüşün təşkilinə görə rusiyalı həmkarlarına təşəkkür edib. Onun sözlərinə görə, görüşün keçirilməsi haqqında razılıq dekabrın əvvəlində əldə olunub.
Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib.