Əlavə uşaq qidalarının acınacaqlı vəziyyəti..

Başlıq olaraq bu cür xəbərlə giriş vermək istərdik: Sumqayıt şəhərində vətəndaşın aldığı süni uşaq qidasının içərindən siçan leşinin çıxdığının fotosunu sosial şəbəkələrdə yaydı. Bu xəbər demək olar ki, bütün sosial şəbəkələrin silkələnməsinə səbəb olmuşdur. Nəzərinizə onu da çatdıraq ki, 4 aylıq uşaqlar üçün “Heinz” markasının təqdim etdiyi düyü tərkibli sıyığın içərisindən siçan leşi çıxmışdır. Eşitdikdə insanı dəhşət bürüyür ki, 4 aylıq körpənin nə canı var ki, o qidanı qəbul etsin. Hələ üstəlik zəhərlənərək xəstəxanaya çatdırılsın. Bu tək belə xəbər deyil. Bu səpkidə xəbərlər əksəriyyət təşkil edir.

Bu tipdə çox faktlar üzə çıxmasına baxmayaraq insanlar yenədə təkidlə mənşəyi məlum olmayan, kustar üsullarla obyektlərdə istehsal olunan qidalara üstünlük verirlər.
Əvvəlcə ona toxunmaq istərdik ki, birinci günah o qidalarla uşağının orqanizminin məhvinə səbəb olan valideynlərdədir. Ana südü olan yerdə nə səbəbə körpəyə süni qidalar verilməlidir? Bəs yaxşı verdikləri süni qidaların mənşəyinə, istehsalı haqda informasiyalara nəzarət ediblər?
Ana bətninə körpənin düşdüyü gündən ananın bütün orqanizmində dəyişikliklər baş verir. Həmçinin süd vəzilərində də inkişaf gedir və süd əmələ gəlməyə başlayır. Bu fikir mümkünsüz bir haldır ki, çox analar deyir ki, südüm heç yoxdur və ya südüm kəsildiyi üçün süni uşaq qidalarına üstünlük verirəm. Belə hal baş verə bilməz, çünki süd vəzilərində inkişaf gedərək süd gəlməyə başlayır. Ana südünün tərkibi çox zəngindir. Süni uşaq qidaları ilə qidalan uşaqların orqanizmində bu dəyişiklik tez nəzərə çarpır. Statistikaya nəzər salsaq, ana südü ilə qidalanan körpələrin sayı azlıq təşkil edir. Ana südünün üstünlüklərinin sayını sadalamaqla bitmir. Ana südü ilə qidalanan körpələrdə immunitet güclü olduğundan xəstələnmə ehtimalı az olur, lakin süni qidalarla qidalanan körpələrin demək olar ki, hər ay bir problemi çıxır çox tez-tez xəstəlik keçirirlər. Həmin uşaqlar da vitamin çatışmazlığı yaranır. Sürətli bir şəkildə çəkinin artımına səbəb olur. Lakin ana südü ilə qidalanan uşaqlar da çəki mərhələli şəkildə davam edir.
Ana südünün möcüzəvi bir yanına misal çəksək deyə bilərik ki, erkən doğulmuş körpələrin inkişafı, bədən ölçüləri olduqca kiçik olduğundan tez əmələ gəlməsi üçün ana südüylə qidalansa həmin körpə 40- ı çıxana kimi necə sürətli və sağlam şəkildə inkişaf etdiyinin şahidi olacaqsınız. Bu həqiqətən də ana südünün necə böyük möcüzəyə malik olduğunun bariz nümunəsidir.
Hər kəsin də şahidi olduğu bir fakt var ki, xəstəxanaların əksəriyyətində yeni doğulmuş körpənin ailəsinə alınası ləvazimatların siyahısının içində süni uşaq qidalarının alınması yazılır. Əksər yerlərdə “Smilac” markalı uşaq qidasının alınmasını tövsiyyə edirlər yeni doğulmuş körpələr üçün. Lakin bunu tövsiyyə edən həkimin savadına şübhə ilə yanaşdığımızı bildirək. Səbəb isə ana südü ola-ola nəyə görə gənc anaların rahatlığa meyilli edirlər. Çox şübhəsiz ki, “Smilac” firması ilə əksər xəstəxaların iş birliyinin olması açıq aydın nəzərə çarpır. Lakin valideyn körpənin sevinci ilə həkim nə tapşırırsa gedib övladına alır. Düşünülməmiş atılan bu addım, elə ilk gündən uşağın hüquqlarının pozulması deməkdir. Heç bir həkimin və ya ananın haqqı yoxdur ki, körpəsini Allahın buyurduğu ana südündən məhrum etsin. Digər bir məsələyə toxunaq ki, əksər analar isə ana südü verməməklərinin səbəbini bədən fiquralarının pozulub deformasiyaya uğramasından çəkindiklərindən bu addımın səbəbi kimi bildirirlər ki, südüm olmadığından süni uşaq qidalarına keçmişəm. Bu cür öz gözəlliyini düşünən gənc analar xeyli saydadır. Əslində doğulan ilk gündən bir neçə saat sonra verilən südün faydası daha çoxdur. Pediatrlar məsləhət bilirlər ki, ən azı 2 yaşına kimi ana südü verilməlidir. Hər ay mərhələ ilə əlavə qidalar verilə bilər ana südü ilə yanaşı. Bu zaman isə evdə təbii yolla hazırlanmış sıyıqlara üstünlük verilir.
Keyfiyyəti ilə yanaşı süni uşaq qidalarındakı qiymət fərqidə maraq doğuran haldır. Apteklərdə və ya marketlərdə satışda olan süni uşaq qidalarının qiymət fərqləri olduqca fərqlidir. Belə bir faktı nəzərinizə çatdıraq ki, “Nutrilac” markasının satışı 7.50 manatdır, digər yerdə 8.60 manata satışa qoyulur, eləcə də “Friso” bəzi yerlərdə 9.80 manatdırsa, digər mağazada 11.24 manat olduğunu görə bilərik. “Malyutka” isə 4.50 bəzi yerlərdə 5-6 manat arası qiymətlərlə satılır. Standart bir qiymətə malik olmayan bu firmaların nə səbəbə özbaşınalıq edərək qiymət artırdıqları helədə gün üzünə çıxmır.
Süni uşaq qidalarına nəzər salsaq onu deyə bilərik ki, əksəriyyəti, Rusiya, Almaniya istehsalı olan bu qidaların əksəriyyətinin qablaşdırılması və texnologiyasına nəzər salsaq şahidi olarıq ki, əksəriyyəti “paddelka” –dır. Demək olar ki, Bakı da istehsal olunan bu qidalardan vətəndaşların heç xəbəri yoxdur. Onu da deyə bilərik ki, bu qidalar olduqca baha qiymətə satılır. Son devalvasiyadan sonra uşaq qidaları süni olaraq 2 qat qiymətinə satılır. Əvvəllər 8-9 manatlıq uşaq qidaları devalvasiyadan sonra 18-24 manata satıldığının şahidi oluruq.
Vətəndaşlar uşaq qidalarını alarkən diqqət etməli vacib məqamlar var. Bunlardan ən önəmlisi market, mağazalarda satışı həyata keçirilən bu qidaların hansı tempraturda və nə cür saxlanmasıdır. Qidalar xüsusi vintilliyasiyalı yerlərdə və bir də quru nəm çəkməyən yerlərdə saxlanılmalıdır. Toz halında olan qidalar xüsusi ilə nəm çəkməyən yerdə olmalıdır ki, quru olduğu üçün həmin qidalar nəm çəkdikdə zəhərlənmə yarada bilər. İsti, günün altında, gün düşən tərəfdə vitrinlərdə satılan qidaların alınması tövsiyyə edilmir. Şüşə qablaşdırmada 2 il, dəmir qablaşdırılmada 1 il, konservləşdirilmiş qidalar isə 1il yararlılıq müddəti olur. Çox güman ki, 1 , 2 il istehsal tarixi olan bu qidaların xarab olmaması, tərkibinin dəyişməməsi üçün bir sıra qatqı maddələrindən istifadə olunur. Bu qatqı maddələri isə körpənin mədəsində əks təsirlərinin olması normal haldır. Körpələrinin dayanmadan ağlamasından şikayət edən valideynlərin heç ağıllarına gəlmir ki, səbəb süni uşaq qidaları ola bilər.
Ən acınacaqlı hal ondan ibarətdir ki, bu qidaların üzərinə yazılır ki, keçi südüdür, keçi südü isə ana südünə bərabər götürülür və tərkibləri eynidir. Xeyr, əsla bu belə deyil! Çünki inək südü inəklər üçün, keçi südü də keçilər üçün nəzərdə tutulubsa, necə ana südünü keçi südü əvəzləyə bilər. Həqiqətəndə gülünc doğuran bir haldır. Vətəndaşların süni uşaq qidalarını alarkən diqqət edəcəyi bir məqam isə həmin qidaların üstündə “ana südünün əvəzləyicisi” sözünün qeyd olunmasıdır. Artıq bu halda o məhsulun saxta olmağı tam olaraq aydın olur. Bəzən olur ki, bu qidalara dadlandırıcı olaraq, meyvə dilimləri, meyvə təamları gələn qatqılar da vurulur. Bu halda həmin qidalar uşaqlar da əks təsirə yol açır. Çünki körpənin orqanizmi bunu həzm edə biləcək gücə malik deyil. Həmdə bəzi şirkətlərə qadağa qoyulub ki, təqdim etdikləri reklamlarda uşaq qidalarının faydalarından danışılarkən yalana yol verilməməli, ana südünün əhəmiyyəti vurğulanmalıdır mütləq.
Süni uşaq qidalarının firmalarına nəzər salsaq görərik ki, Rusiya, Almaniya istehsalıdır. Lakin həmin ölkələrin statistikasındakı qidalanan uşaqların əksəriyyəti ana südüylə qidaların öz ölkələrinin məhsulundan qəti şəkildə istifadə etmirlər.
İnsan orqanizmi ev kimidir. Təməl düzgün qurulmursa binanın özəyidə möhkəm, davamlı olmaz. Körpələrimizin orqanizminin təməlini gəlin sağlam şəkildə inkişaf etdirək. Ana südü olduğu halda körpələrimizi süni uşaq qidaları ilə zəhərləyib məhvinə yol açmayaq. Əla bədən fiqurasına sahib olmağı seçən gənc analara tövsiyyəmiz körpəsini ana südündən məhrum etməsinlər. Ana-körpə bağlarının möhkəmləndirən bu bağın qopmasına yol açmasınlar.
Azinformasiya.Az Xəbərlər Şöbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir