Broyler toyuqları günü-gündən kökəlməyə doğru gedir

Dünya ilə yanaşı paytaxtımızın sakinlərinin də gündəlik qida rasionunun əvəzolunmaz məhsuluna çevrilmiş quşçuluq məhsulları demək olar ki, sağlamlığımız üçün ciddi təhlükə mənbəyidir. İndi bəh-bəhlə yediyimiz toyuq məhsullarının mənşəyi, keyfiyyəti haqqında düşünən yoxdur.

Sosial şəbəkələrdən yayılmış gizli video çəkiliş vasitəsi ilə insanların gözünü açmağa çalışsalar da yenə həmin toyuq məhsullarını marketlərdə satışda davam etməkdədir. Bəs nə səbəbə gözümüzlə gördüyümüz videodan sonra da istifadə etməkdən çəkinmirik? Özümüzlə yanaşı uşaqlarımızın da ən sevimli yeməyi olan toyuq xörəkləri ilə qidalandırmağa davam edirik. Qeyd edək ki, sözü gedən videoda broylerlərə iynə vasitəsi ilə qısa müddətdə necə şişdirilməsini çəkib ictimaiyyətə təqdim edirdilər. Keçən əsrdən toyuq məhsullarının GMO ( geni modifikasiya olunmuş) tərkibli olması bilinirdi. Artıq son zamanlarda bu dozadan ifrat dərəcədə istifadədən qaçınılmır. GMO məhsullarının sırasında ilk başda broyler toyuqları yer alır.
Broyler məhsullarının əvvəllər kilosu 900 qram üstünlük təşkil edirdisə artıq indiki dövrdə onun kilosu 5-6 kq təşkil edir. Əsasən həmin broyler toyuqlarının istifadə etdiyi qidaları dəyişərək onun kimyəvi tərkibini dəyişməsinə səbəb olur. Həmin broyler məhsullarının yemlərinə antibiotik, hormonal preparatlar qatılaraq pilənmə və bir sıra xəstəliklərin əmələ gəlməməsinə yardımçı olur. Yemlərin tərkibinə 59 adda dərman preparatları, antibiotik maddələr qatılır. Digər maraq doğuran məsələ isə həmin broyler toyuqlarını istehsal edən firmalar inqibatr şəklində olan toyuqları bir qapalı bölgədə kütləvi şəkildə saxlayırlar, heç yerə tərpənməsinə şərait yaradılmır. Ya hava, ya da otluq görməyən toyuqlar ancaq yeyir içir yatırlar. Bu toyuqlar heç yerə tərpənmədiklərinə görə onlar da kökəlmə gedir.
Broyler toyuqları kəsilib satışa verilən vaxtdan bir neçə heftə əvvəl antibiotiklərin verilməsini dayandırırlar ki, bu kütləvi şəkildə zəhərlənmə ilə yanaşı bir sıra xəstəliklərə də yol açar. Daha sonra kəsimi həyata keçirilir kəsildikdən həmən soyuq suda əlavə maddələr qatılaraq saxlanılır, 2 saat sonra soyuduculara qoyularaq dondurulur. Bu prosesə əsasən şoklama deyilir. Şoklama verilən həmin qidaların keyfiyyətində fərq bilinməməsi üçün atılan bir addımdır. Əslində toyuğun inkişaf mərhələsinə görə 12-15 həftəyə əmələ gələ bilər. Lakin broyler toyuğu istehsal edən firmalar da inkişaf, böyümə 5 həftəyə həyata keçirilir. Yəni fərq göz önündədir ki, neçə həftə qısalmaqla daha tez yolla inkişaf etməsini təşkil edirlər. Bu isə həqiqətən böyük qanun pozuntusu ilə yanaşı insanların hüquqlarının taftanılması deməkdir. Hələ heç xəbərlərdə rastımıza çıxmır eşıdək ki, müfəttişlər broyler toyuq istehsal edən firmanı möhürləyərək fəaliyyətini dayandırdı. Çünki bu işin üstünə düşüb araşdıran yoxdur.
Broyler toyuqlarının görünüşündən məlum olduğu kimi ət kütləsi daha çoxdur. Yəni yaxşı ətli, canlı görünür. Lakin yol açdığı fəsadlar da çəkisi qədər çoxluq təşkil edir. Broyler toyuqları ilə qidalanan əhalinin demək olar ki, əksəriyyətində bir sıra xəstəliklərdən əziyyət çəkdiyinin şahidi olacaqsınız. Bu xəstəliklər içərisində kökəlmə, piylənmə, onurğa yırtığı, şəkərli diabet və sairə misal gətirmək olar.
Broyler toyuğundan “fast food” kimi qızardılan qida daha çox alıcı kütləsinə malikdir. Elə götürək dünyanın bir sıra tanınmış ölkələri ilə yanaşı bizim ölkədə də fəaliyyət göstərən “KFC” mağazalar şəbəkəsini “fast food” qidalar içərisində ən tanınmış, gənclərin seçimi olan bu mağazalarda təqdim olunan qızardılmış toyuqlar hamısı broyler toyuğudur. Qızardılmış budlara ədviyyatlar və suxari ilə dadlandıran firma, həmin budların necə ətli kök olması onun geninin dəyişdirilməsinə bariz sübutdur.
Bununla yanaşı metroların çıxışında hər birimizin rastına çıxan qril aparatlarında kök toyuqlarının günün bütün hissəsini vam xodla aramla fırlandığının şahidi oluruq. Qril kimi istifadə olunan toyuqlar da broyler toyuqlarıdır. Müştəri sanki elə bilir ki, əgər qril kök çəkisi çoxdursa, qəşəng qızarıbsa çox sağlam qida hesab oluna bilər. Xeyr, əsla bu cür deyil. Əslində genini dəyişib sürətlə şişirdilməsi firmaların işinə yarayır çünki nə qədər çəkisi çox olsa mağaza, marketlərə satışı zamanı bir o qədərdə qiyməti artar. Bu isə broyler toyuq firmalarının büdcəsinə xeyrli, gəlirli olduğundan işbazlar üçün sərfəlidir.
Broyler toyuqlarının özləri ilə yanaşı broyler toyuğunun istehsal etdiyi yumurtalar da heç də keyfiyyətli deyil, səbəb elə ən primitiv olaraq deyə bilərik ki, həmin yumurtaları sındırmaq çox sadə, güc tələb etmir. Həmdə içinin sarısı da bulanıq sarımtıl olduğu görünür. Həmdə eyni şəkildə bütün yumurtalar üstü ağappaq eyni fason, eyni ölçüyə malikdir.
Broyler toyuqları ilə yanaşı indi sizə əsl “kənd çolpası” haqqında söz açmaq istərdik. Kənd toyuğu hər kəsə məlumdur ki, çılız olması ilə yanaşı dadı-tamına söz ola bilməz. Həmin kənd toyuğunun rənglərindən tutmuş sümük, ətinə kimi olduqca böyük fərqi görməmək mümkün deyil. Həqiqətən də kənd toyuğunun dadının yerini heç bir broyler toyuğu əvəzləyə bilməz. Səbəb isə çox açıqdır. Kənd toyuğu həyətdəki ot, alaq, buğda dəni vasitəsi ilə təbii şəkildə böyüyüb inkişaf edir. Qidalanma ilə yanaşı kənd toyuğları bir dəqiqə eyni yerdə dayanmaraq otlaqda, həyətdə gəzişirlər, həmçinin təmiz hava udurlar. Broyler toyuqlarının keyfiyyətini onun sümüyündəndə aşkar etmək mümkündür. Broyler toyuğunun sümüyü oxalandığı halda kənd toyuğunun sümüyünü çəkiclə belə qırmaq mümkün olmur. Səbəb isə broyler toyuqlarına o qədər iynə, dərman, antibiotik, hormanal preparatlar vurulur ki, sümüyü oxalanır aralanır ətindən. Digər fərqi nəzərinizə çatdırsaq deyə bilərik ki, həmin broyler toyuqlarını bişirərkən köpük formasında ağappaq kəf çıxdığının şahidi oluruq. Bu həmin dərmanların qalıqlarıdır. Lakin kənd toyuğunun kəfində bu hala rast gəlmək olmur.
Sonda onunla yekunlaşdırmaq istərdik ki, broyler toyuqları ilə qidalanıb xəstəliklərlə mübarizə aparmaqdansa, sağlam qidalarla təbii yolla inkişaf etmiş toyuqlara üstünlük verilsə daha məqsədəuyğun olardı. Həmdə ömrünüzün qısalmasına səbəb olmazsınız.
Elnurə Fərhadqızı

Azinformasiya.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir