Ümumilikdə, indiyədək Azərbaycan Dövlət Tarif Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırılması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla xeyli sayda dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olunub. Bu dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99 % – ni təşkil edir. Nəticədə 2557 dərman vasitəsi qiymətləri əhəmiyyətli şəkildə aşağı salınıb. Yeni qiymətlər bu ilin sentyabr 1-dən qüvvəyə minəcək. Bu da onu göstərir ki, bəzi işbazların bazarları öldü.
Bu verilmiş qərar demək olar ki, əhalinin sevincinə səbəb olmuşdur. Lakin hələdə qeyri-qanuni yolla, min cür dələduzluqla məşğul olanların sayı çoxluq təşkil edir.
Devalvasiya və əsasən də hökumətin dərman sahəsində apardığı islahatlardan sonra maraqlı situasiyalarla qarşılaşırıq. Dərmanların qiymətləri ilə bağlı verilən qərarlar, əlbəttə, bu sahədə müəyyən ucuzlaşmaya gətirib çıxarıb. Amma problem müəyyən ucuzlaşmaya gətirib çıxarıb. Amma problem orasındadır ki, ölkədə ciddi dərman çatışmazlığı mövcuddur. Hətda bu halda baş verir ki, aylarla tapılmır dərman. Bu yoxaçıxmalarla bağlı xəstəxanalarda həkimlər xəbərdar olmadığından reseptə qeyd edir. Aptekdə isə həmin dərmanın əvəzləyicisini təklif edirlər. Bu isə eyni dərman qrupuna daxil olmasına baxmayaraq ya əks təsir göstərir ya da heç təsir gücünə malik olmur.
Dərmanın qiymətlərinin apteklərdə fərqli olması, şəhərin mərkəzində baha nisbətən içəri məhəllələrdə ucuz olması halı isə danılmazdır. Dərmanların keyfiyyəti ilə bağlı dəqiq bir söz demək olmur. Amma dərman biznesi ilə məşğul olan adamlar qiymət enməsinin mütləq dərmanların keyfiyyətinə mənfi təsiri olacağı qaçılmaz olduğunu söyləyirlər. Hələlik pərakətdə bir durumdur, dərmanın keyfiyyəti, çeşidi və qiyməti ilə bağlı təlatümlü bir xaos baş verir. Ən təhlükəli halda odur ki, əvvəllər hər bir firma apteklərdə öz dərmanlarına nəzarət edir, onların saxta buraxılışlarının satılmasına yol vermirdi. İndi isə bu nəzarəti kimin həyata keçirdiyi məlum deyil. Ancaq bu faktıda göz önündə saxlamaq lazımdır ki, zirzəmilərdə, sexlərdə, xüsusi obyektlərdə hələdə qanunsuz yolla dərman hazırlanması baş tutur. Ən çox da işbazlar arıqlamaq, cavanlıq, gözəllik üçün qəbul olunan dərman vasitələrinin hazırlanması ilə məşğuldur. Dərmanın keyfiyyətinin nə dərəcədə olması özünü allergiya, qaşınma, kəskin mədə ağrısı, bu kimi hallarda özünü göstərir.
Demək olar ki, bütün xarici ölkələrdən gətirilən dərman preparatları maya dəyərindən bir neçə dəfə yüksək qiymətə satılır. Bunu həmin malların satışı ilə məşğul olanlar əhalinin dərmana olan böyük təlabatının olduğunu deyib. Aydindır ki, burada sui-istifadə halları da var. Ekspertlərin rəyinə görə dərmanların satışından əldə olunan gəlir təkcə aptek sahibinin cibinə yox, eləcədə həkimlərin cibinə gedir. Çünki, xəstəxanalar da çalışan həkimlərin firma dərmanı yazmaları buna sübutdur. Firmalar həkimlərlə müəyyən faiz qarşılığında dərmanlarının satılması barədə razılaşma yolu ilə işbirliyi edirlər.
Tarif Şurasının bu qərarı insanların xeyrinə oldu. Çünki, bu qərarla onların resept əllərində şəhərin bütün apteklərini gəzib qiymət fərqlərini özündə müəyyən edib ən axırda isə qiymətlərin ucuz olan yerdən əldə edirlər. Bu halda isə qiymətlər ucuzlaşaraq qisməndə olsa standart qiymətlə satılmasına köməklik edir.
Sonda isə onu vurğulamaq istərdik ki, gəlin dərmanları üstündə keyfiyyət nişanı ilə istehsal olunduğu ölkəni dəqiqləşdirərək sağlamlığımızın qeydinə qalaq. Keyfiyyətsiz dərman qəbul etməklə siz nəyinki sağlam gümrah olmağa çalışacaqsız əksinə həyatınızı riskə atmış olarsınız.
Elnurə Fərhadqızı
Azinformasiya.Az