Rusiya ordusu Ukraynaya raket zərbələri endirib

Bu gün Rusiya ordusu Ukraynanın yaşayış məntəqələrinə raket zərbələri endirib.

Azinformasiya.Az xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Ukraynanın Kiyev, Xarkov, Kirovoqrad, Donetsk, Dnepropetrovsk, Jitomir, Zaporojye viilayətləri, Krivoy Roq şəhəri raket hücumuna məruz qalıb.

Dekabrın 16-da yerli vaxtla səhər 9-dan Ukrayna ərazisinə 72 raket atılıb.

Məlumata görə, Kiyevdə metronun fəaliyyəti dayandırılıb. Hazırda metro stansiyalarından sığınacaq kimi istifadə edilir.

Bildirilib ki, Ukrayan Hava Hücumundan Müdafiə Qüvvələri 30-dan çox raketi vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir