Aİ-nin ali nümayəndəsi: “Firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik”

“Təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik”.

Azinformasiya.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel tviterdə yazıb.

O bildirib ki, regional əməkdaşlıq vasitəsi kimi Aİ-nin Şərq Tərəfdaşlığı siyasəti genişlənmə prosesinə paralel olaraq davam etdirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir