“Zamin Əmlak” dələduzluğunda əsas hədəf kənarda qalıb? – Oqtay Zərbəliyevin aqibəti necə olacaq?

Cinayət Məcəlləsinin Xüsusi hissəsinsə dələduzluq cinayəti ilə bağlı müvafiq bölmə  var. 178-ci maddədə dələduzluq və onu törədən şəxslərlə bağlı aydın nə net fikirlər yer alıb. Qeyd olunan maddəyə əsasən bu cinayət bir, yaxud da bir neçə şəxs tərəfindən törədildikdə təqsirkarlara ayrı-ayrı cəzalar kəsilir. Hətta bu maddədə mütəşəkkil şəkildə, yaxud külli miqdarda ziyan vurmaq kimi bəndlər yer alır ki, zaman-zaman bu əməlləri törədən şəxslərin aqibətini görmüşük. Bəzən isə elə olur ki, dələduzluq əməli törədən şəxslər bir neçə nəfər olaraq mütəşəkkül şəkildə cinayətə əl atsalar da, əməllərinin üstü açılanda bir nəfəri qurban verərək, digərləri yaxasını kənara çəkir. Ki, çöldə qalaraq, həbs olunanın özünü və ailəsini həbs müddətində himayə etsin. Təəssüflər olsun ki, bu kimi faktlar yetərincədir.

Aşağıda bəhs edəcəyimiz məsələ də dələduzluğun qurbanı olmuş şəxslərlə bağlıdır. KivNews.com  xəbər portalı olaraq bu mövzu istiqamətində bir neçə məqalə dərc etmişik. Hətta faktlarla adlar çəkərək günahkarların cəzalanmalı olduğunu bildirmişik. Amma təəssüflər olsun ki, yuxarıda qeyd etdiyimiz kimi, bu məsələdə də əsas fiqur kənarda qalır.

Redaksiyamıza müraciət edən Emil Həsənov adlı vətəndaş cari ilin avqust ayında mənzil almaq adı ilə paytaxtda yetərincə özü barəsində imic formalaşdıran “Zamin Əmlak” daşınmaz əmlak agentliyinə müraciət edir. Agentliyin satış müdiri Natiq Şahmuradov bəh-bəhlə Xətai rayonu, Neapol 9/8 ünvanında yerləşən mənzilin kredit şərti ilə vətəndaşa sata biləcəyini bildirir. Hətta onlar – Natiq Şahmuradov, Emil Həsənov və bir də agentliyin əməkdaşı kimi təqdim olunan Valeh Rüstəmov  birlikdə gedərək qeyd onunan ünvandakı mənzilə baxış keçirilir. Bundan sonra natorial qaydada Emil Həsənov 22000 AZN pulu “Zamin Əmlak” agentliyinin satış müdiri və əməkdaşı Valeh Rüstəmova verir.

Qeyd edək ki, “Zamin Əmlak” şirkətinin rəhbəri Oqtay Zülfüqarovdur. Və yuxarıda adları çəkilən şəxlər hər dəfə rəhbərlərinin adını çəkərək narahat olmağa əsas olmadığını bildiriblər. Bir növ vətəndaşda etibar yaradıblar. Onu da bildirək ki, vətəndaş Emil Həsənov həm Natiq Şahmuradov, həm də Valeh Rüstəmovla yazılı müqavilə imzalayıb və 22000 AZN pulu verib. Amma müqavilədən sonra “Zamin Əmlak” şirkəti hər dəfə müxtəlif bəhanələr gətirməklə mənzili təhvil verməyi uzadıb.

Bu halın uzandığını görən, Emil Həsənov dəfələrlə şirkətə getsə də, bunun bir dələduzluq olduğunu görür və aydın olur ki, “Zamin Əmlak”ın qurbanı tək o deyil. Bundan sonra Emil Həsənov Xətai Rayon Polis İdarəsinə yazılı müraciət edir. Orada da öyrənir ki, müraciət edənlərin sayı onlarladır. Və ortada 100 minlərlə vəsaitdən söhbət gedir. Amma maraqlıdır ki, çoxsaylı vətəndaşların etdiyi yazılı müraciətlərdən sonra “Zamin Əmlak”ın iki əməkdaşı Natiq Şahmuradov və Orxan adlı şəxs istintaq orqanları tərəfindən saxlanılıb. Aldığımız məlumata görə şirkətin müdiri Oqtay Zülfüqarov da bir neçə dəfə istintaqa dəvət edilərək dindirilib. Hətta məlumatda qeyd olunur ki, bəzi vətəndaşlara 2000, 3000 civarında pullar qaytarılaraq onların daha çox səs-küy etmələrinin qarşısı alınmağa çalışılır. Çünki vətəndaşlar kütləvi şəkildə Prezident Adminstrasiyasına belə gedərək şikayət ediblər. İnsanların kütləvi narazılığının isə heç kimə sərf etmir.

“İlkin ödəniş kimi 30 000 manat pulumu aldılar”

Qeyd edək ki, Oqtay Zülfüqarovun dindirilməsi zamanı onun da həbs olunması real imiş. Amma son anda gözəgörünməz əl (adını açıqlayacağıq) onu saxlanmadan xilas edib. Əldə etdiyimiz məlumata görə, Natiq Şahmuradov yoldaşlıq-dostluq xatirinə hər şeyi öz boynuna götürsə də, Orxan adlı şəxs həqiqəti açıqlayaraq Oqtay Zərbəliyevin tapşırıqlarını icra etdiyini bildirib.

Onu da vurğulayaq ki, bir neçə ay öncə Oqtay Zülfüqarovla bağlı mətbuatda daha bir şikayət səslənmişdi. Belə ki, Bakı şəhər sakini Xəyal Abdullayev

adlı şəxs bildirib ki,  7 aydır ev almaq üçün müraciət etdiyi “Zamin Əmlak” şirkətindən pulunu ala bilmir: “Guya evi ipoteka ilə almağa mənə kömək edəcəkdilər. İlkin ödəniş kimi 30 000 manat pulumu aldılar. Ortada nə ev var, nə də pul”.

Vətəndaşın sözlərinə görə, internet üzərindən tapdığı şirkət müxtəlif bəhanələr gətirməklə onun ilkin ödənişini geri qaytarmır: “Hazırda Xırdalan şəhəri, Bəşir Səfəroğlu 136 ünvanında müvəqqəti yaşayıram. Almaq istədiyim ev Xırdalan şəhəri “Ər-Riyad”la üzbəüz Gənclər şəhərciyində yerləşirdi. Yanvarın 13-ü Xətai rayonu, Xocalı prospektində yerləşən “Zamin Əmlak” şirkətinə yaxınlaşdım. Şirkətdən mənə bildirildi ki, istədiyim evi ipoteka ilə almağa kömək edəcəklər. Mən də istədiyim ünvandakı evi onlara bildirdim. İlkin ödəniş olaraq da 30 000 manat pulu şirkətin satış müdiri Natiq Şahmuradova verdim. Gəlib evə baxış keçirdilər və ev sahibi ilə yanvarın 20-dən gec olmamaq şərtilə beh müqaviləsi bağladılar. Dedikləri vaxtdan 2-3 həftə sonra evin çıxarışı olmadığını bəhanə gətirdilər. İkinci dəfə çıxarışlı mənzil tapsam da, yenə də müxtəlif bəhanələr gətirdilər. “Zamin Əmlak” şirkətinin direktoru Oqtay Zərbalıyevə dəfələrlə müraciət etsəm də, pulumu ala bilmirəm”.
Vətəndaş Xətai rayon 37-ci polis bölməsinə müraciət etdiyini bildirib.

 

Oqtay Zərbəliyev kimə arxalanır?

 

Onu da diqqətinizə çatdıraq ki, “Zamin Əmlak” agentliyinin qurbanına çevrilmiş şəxslər ötən illərdə də, səssiz qalmayıblar. Belə ki, Bakı şəhər sakini Ağayeva Zenfira İbrahim qızı 2021-ci ilin iyul ayında “Gündəlik Bakı”ya müraciət edərək oğlu Musazadə Ramil Ağaddin oğlunun Xətai rayon Məhkəməsinin 18 yanvar 2021 -ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2 maddələri ilə dələduzluq əməli törətməkdə təqsirli bilinırək barəsində həbs – qətimkan tədbiri seçilməsi və cinayət işinə hal -hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması haqqında məlumat vermişdir. Zenfira Ağayeva həm də oğlunun barəsində həbs- qətimkan tədbiri seçilməsiylə bağlı Xətai rayon Məhkəməsinin Qərarının və Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış istintaqın İttiham Aktının surətini də redaksiyamıza təqdim etmişdir. Zenfira Ağayeva bildirir ki, oğlum Ramil Musazadə 2020- ci ilin sentyabr- oktyabr aylarında Xətai rayonu ərazisində yerləşən “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin direktoru Oqtay Zərbəliyevin təhriki ilə Xətai rayonu H.Salmani küçəsi 3 saylı evin 12 – ci mənzilinin saxta çıxarışını əldə etmişdir.

“Oqtay Zərbəliyev oğlum Ramil Musazadə ilə tanış olmamışdan əvvəl Bakı şəhər sakini mərhum Həbibzadə Sucaət Şami oğlundan 91.000 manat pul alaraq ona Xətai rayonu ərazisində ipoteka yolu ilə 4 otaqlı mənzil alacağına söz vermişdir. Lakin öhtəliyini icra edə bilməmişdir. Sucaət Həbibzadə isə verdiyi pulun qaytarılmasını, ya da uyğun mənzilin tapılmasını tələb edib. Mərhumun həyat yoldaşı Həbibova Rəna Rəşid qızı buna şahiddir. Təsadüfən Ramillə tanış olan Oqtay Zərbəliyev ona təklif edir ki, Sucaət üçün 4 otaqlı mənzil tapılmasına kömək etsin. Ondan aldığı pulu qaytara bilmir. Bir az vaxt lazımdır. Ramil kirayədə yaşadığı 4 otaqlı mənzili Oqtaya təklif edib və qarşılıqlı razılaşmaya görə mənzilə saxta çıxarış əldə etmək üçün Oqtay ona 36.000 manat pul verib. Ramil öz həyat yoldaşının adına mənzilə saxta çıxarış alıb. Həmin çıxarışa əsasən notariusda alqı -satqı etmək istəsə də proses icra olunmayıb. Agentliyin əməkdaşı Ramin Nağdəliyev guya şübhələndiyinə görə müqavilənin imzalanmasına mane olmuşdur. Əslində isə Ramin Oqtayın öz adamıdır və onun göstərişini icra edir

“Zenfira Ağayeva eyni zamanda bildirir ki, oğlu Ramil mərhum Sucaət Həbibzadədən mənzilə görə pul almayıb. Mərhumun arvadı Rəna Həbibova da istintaqda Ramilin əleyhinə ifadə verməyib. Əksinə , Rəna Həbibova Oqtay Zərbəliyevə ipoteka yolu ilə 4 otaqlı mənzil almaqdan ötrü 91.000 manat pul verdiklərini göstərib. Lakin istintaqı aparan müstəntiq polis mayoru Ruslan Sadıqov onların arasında üzləşmə aparmayıb. Mərhum Sucaət Həbibzadənin 1 mart 2021 -ci ildə vəfat etməsindən sonra tərtib etdiyi saxta izahatlara istinad edərək oğlumu ağır cinayət törətməkdə təqsirli bilib”.

Zenfira Ağayeva həm də deyir ki, ” Oqtay Zərbəliyev özü də Sucaətin ona deyil, Agentliyə 91.000 manat pul verdiyini etiraf edib. Lakin, istintaqda müstəntiq əsassız olaraq oğlumun guya mərhum Sucaətdən 61.000 manat pul almasını dolayı yollarla sübuta yetirmək istəyib. Halbuki, mənzil mərhumun arvadı Rəna Həbibovanın adına sənədləşməliydi. O isə baş verən proseslər barədə ətraflı məlumata malikdir və istintaqa verdiyi izahatda bu xususatları təsdiq etmir”.

Göründüyü kimi, mütəşəkkil qaydada birləşərək vətəndaşların pulunu alan şəxslərlə bağlı şikayətlərin sayı-hesabı yoxdur. Neçə illərdir vətəndaşlar dələduzluqla üzləşirlər. Maraqlıdır ki, bütün bunların fonunda “Zamin Əmlak”ın rəhbəri Oqtay Zərbəliyev hər dəfə məsuliyyətdən kənarda qalır. Axı, nə baş verir və onu qoruyan əl kimdir?

Növbəti məqaləmizdə şikayətçilərə hansı hörmətli adamın adı çəkildiyi barədə bəhs edəcəyik. Oqtay Zərbəliyevin kimə arxalandığına toxunacağıq. Niyə tez tez yaxın çevrələrdə Sərdar adlı şəxsin isminin hallanmasına aydınlıq gətirəcəyik?

 

KivNews.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir