Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək.
Azinformasiya.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Təqaüdün təsis edilməsi 2023-cü ilin may–iyun ayı üçün nəzərdə tutulub. Bu bənd üzrə icraçı qurumlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyidir.