“Torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib”.
Azinformasiya.Az “Anadolu”ya istinadən xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında müstəsna bağlara söykənən və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatan əməkdaşlığın gələcəkdə də davam edəcəyinə tam əmindir.
“YAP-ın qarşıdakı vaxtda da Azərbaycanın rifahı və dünyadakı mövqeyinin güclənməsi istiqamətindəki fəaliyyətini uğurla davam etdirəcəyinə əminəm”, – R.T.Ərdoğan söyləyib.