“Qarabağda baş verən hadisələrdə Türkiyənin rolunu hər kəs bilir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
O bildirib ki, Bakı və Ankara “bir millət, iki dövlət” prinsipini bütün sahələrdə doğrultmağa çalışır.
“Fransa Azərbaycan əsgərlərinin Ermənistanın olduğu iddia etdiyi torpaqlardan çıxmasını tələb edir. Hazırda Şuşada, Füzulidə ciddi işlər gedir. Həmin ərazilər Azərbaycanın 30 il əvvəl işğal olunmuş torpaqlarıdır. Kəndlər yerlə-yeksandır”, – vitse-prezident vurğulayıb.
F. Oktay deyib ki, ermənilərin Qarabağda məskunlaşmaması həmin ərazilərin onların olmadığını göstərir: “Fransa isə iddia edir ki, buralar Ermənistan torpağıdır”.