“Mövcudluğumuzu gücləndirmək üçün ciddi qərarlar qəbul etmişik”.
Azinformasiya.Az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra bildirib.
O deyib ki, baş verən təhlükələrə görə Rusiya Prezidenti Vladimir Putin məsuliyyət daşıyır.
“Ukraynada vacib obyektlər hədəf alınır. Bu, ciddi təhlükədir. Baş verənlərin səbəbi Rusiyanın Ukraynaya hücumudur. Mövcud durumu müntəzəm olaraq qiymətləndiririk”, – Baş katib vurğulayıb.
O deyib ki, Ukraynada davam edən savaş kifayət qədər təhlükəlidir: “Uzunmüddətli perspektiv üçün qərarlar qəbul edirik. Şərqdəki mövcudluğumuz daha güclü olacaq”.
Baş katibin sözlərinə görə, havadan müdafiə mühüm amildir.