Rusiya Xersondakı qoşunlara sol sahilə çəkilməyi əmr edib.
Azinformasiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu jurnalistlərə açıqlamasında bildirib.
“Mən razıyam. Qoşunların çıxarılmasına başlayın”, – deyə Şoyqu bildirib.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın ilhaq etdiyi Xerson vilayətində bir günlük komendant saatı elan etmişdi.