Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik edib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə o, rəsmi tviter hesabında paylaşım edib.
“Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 oktyabr Müstəqillik gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram”, – paylaşımda deyilir.
Can dostumuz, kardeşimiz, kader ortağımız Azerbaycan’ın 18 Ekim Bağımsızlık Günü’nü tebrik ediyor, tüm Azeri kardeşlerime ülkem ve milletim adına selam ve muhabbetlerimi iletiyorum.