“Oktyabrın 16-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”.
Bu barədə Azinformasiya.Az-a Müdafiə Nazirliyindən bildirilib.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.