Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında ədalətli sülhün əldə olunmasına çalışırıq.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.
“Digər tərəfdən, Prezidentimizin (Türkiyə Prezidenti – red) rəhbərliyi ilə Rusiya-Ukrayna müharibəsini və bu müharibənin yaratdığı humanitar böhranı sona çatdırılması üçün ilk gündən gərgin səylər göstərilir.
Bu səmimi səylər qlobal problemə çevrilmiş taxıl tədarükü üçün Türkiyənin himayəsi altında dəhlizin açılması və Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin həyata keçirilməsi ilə nəticələnib”.
O, qeyd edib ki, bu nəticələr təbii ki, xarici siyasətə baxışın və tendensiyaların beynəlxalq hadisələrlə uyğunlaşdırılması ilə əldə edilib. Bu məqamda Türkiyə və Qətərin xarici siyasətində harmoniyanın şahidi oluruq.
Altun iki ölkə arasında beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında əməkdaşlığın, həmrəyliyin və koordinasiyanın gücləndirilməsi üçün çalışdıqlarını bildirib.