Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 odlu silahlı hərbi qulluqçusundan , 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək.
Azinformasiya.Az xəbər verir ki, bu, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 3-cü bəndində qeyd olunub.
Sənədin 4-cü bəndində isə Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdiriləcəyi bildirilib.