Azərbaycanda sanitariya-gigiyena və karantin rejimləri elan ediləndə ombudsman fəaliyyətini dayandırmayacaq.
Azinformasiya.Az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliklər edilir.
Dəyişikliklə dövlət orqanları, bələdiyyələr və digər qurumlar, onların vəzifəli şəxsləri tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsi yolverilməz hesab ediləcək.
Digər dəyişikliklə isə fövqəladə və ya hərbi vəziyyətin, habelə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin elan edilməsi Müvəkkilin fəaliyyətini dayandırmacaq və ya məhdudlaşdırmayacaq.
Qanunun hazırkı bəndləri isə belədir:
Hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsi yolverilməzdir.
Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi Müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.