Zeynəb Hüseynova “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik hüquqi şəxsin direktor müavini-doğum evinin rəhbəri vəzifəsinə təyin olunub.
Bu barədə Azinformasiya.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
O, bu gündən işə başlayıb.
Qeyd edək ki, Zeynəb Sadıx qızı Hüseynova 1991-1997 illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə təhsil alıb.
Tibb üzrə fəlsəfə doktorudur.
Daha öncə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə həkim mama-ginekoloq kimi fəaliyyət göstərib.