“Türk dünyasındakı həmrəylik və birliyin daha da dərinləşməsi istiqamətində çalışmağa davam edirik”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.
O, 3 oktyabr- Türk dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü münasibətilə türkdilli dövlətləri təbrik edib.
Xatırladaq ki, Türk dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü 2009-cu ildən qeyd olunur. Həmin ilin oktyabrın 3-də Naxçıvanda türkdilli ölkələrin liderlərinin zirvə görüşü keçirilmişdi.